Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:21

«Kürdüstan paytaxtı islamçı yaraqlıların bazasına çevrilir»


İraqın baş naziri Nuri al-Maliki deyir ki, şimali kürd muxtar regionunun paytaxtı Ərbil İslam Xilafətində yaraqlılar üçün əməliyyat bazasına çevrilir. İslam Xilafəti öncə İraq və Şam İslam Dövləti (İŞİD) adlanırdı.

İyulun 9-da televiziya çıxışında Maliki deyib ki, Ərbilin belə bir bazaya çevrilməsinə sakit yanaşa bilməzlər.

İyunda yaraqlılar İraqın şimalında böyük əraziləri tutanda Mosuldan Ərbilə xeyli sünni müsəlman qaçıb.

XS
SM
MD
LG