Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:51

Obama Mərkəzi Amerikadakı valideynlərə xəbərdarlıq etdi


Barack Obama
Barack Obama

Prezident Barack Obama Mərkəzi Amerikadakı valideynlərə xəbərdarlıq edib ki, övladlarını ABŞ-a qanunsuz girmək üçün göndərməsinlər. Ötən oktyabrdan bəri Mərkəzi Amerikadan 57 min balaca böyüklərin müşayiəti olmadan, Meksika ərazisindən ABŞ-ın cənub-qərb sərhədini keçib. Onlar daha yaxşı həyat arzusundadırlar.

Obama iyulun 9-da Dallas-da danışıb. Konqresi çağırıb ki, immiqrasiya böhranının həllinə görə 3.7 milyard dollar ayrılması üçün onun xahişini yerinə yetirsin.

Obama öncə Texasın respublikası qubernatoru Rick Perry ilə görüşüb. Texas məhz Meksika ilə sərhəddə yerləşdiyindən, buraya qeyri-qanuni mühacir axını güclüdür.

Həmin pul ABŞ-ın Meksika ilə sərhədində yaranmış böhranlı durumun həllinə xərclənəcək. Prezidentin sözlərinə görə, istənilən məbləğin təxminən yarısı sərhədin möhkəmləndirilməsinə, qalanı artıq ABŞ-da olan mühacirlərin ehtiyaclarına, onların sığınacaqla təminatına xərclənəcək.

Prezidentin həmin vəsaiti istəməsi Konqresdəki respublikaçılar tərəfindən xoş qarşılanmayıb. Konqres deyir ki, prezidentin planı yeni qanunsuz miqrantların qarşısını almaqdansa, ölkədəki qanunsuz azyaşlı miqrantlara kömək məqsədi güdür.

ABŞ Dövlət Departamentinə Mərkəzi Amerika ölkələri ilə işləmək üçün təxminən 300 million dollar ayrılacaq.

XS
SM
MD
LG