Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:19

Prezident müsəlman ölkələrin səfirləri ilə görüşüb


İlham Əliyev
İlham Əliyev

-

İyulun 9-da prezident İlham Əliyev Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfir və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Bu barədə prezidentin rəsmi internet səhifəsində məlumat verilib.

«Çox şadam ki, təmsil etdiyiniz ölkələr ilə Azərbaycanın çox sıx əlaqələri vardır. Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir, humanitar sahədə, mədəniyyətlə bağlı məsələlərin həllində biz çox fəal əməkdaşlıq edirik» - İlham Əliyev çıxışında söyləyib.

Dövlət başçısı müsəlman ölkələri ilə əlaqələrin Azərbaycanın xarici siyasətində prioritetlərindən biri olduğunu deyib:

«Biz hamımız çalışmalıyıq ki, İslam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı birliyi daha da möhkəmləndirək».

İlham Əliyev Dağlıq Qarabağ məsələsinin həlli işində müsəlman ölkələrinin BMT-də göstərdiyi dəstəkdən də məmnun olduğunu bildirib.

XS
SM
MD
LG