Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Yanvar, bazar, Bakı vaxtı 20:15

Maradona deyir ki, Braziliyanın futbol imici korlandı


Maradona Venesuela televiziyasına deyib ki, Brazilyanın dünya futbolunda imici korlandı.

Maradonanın fikrincə, hesab 7:0 olanda Almaniya qol şansını buraxmasaydı və hesab 8:0 olsaydı, bu artıq “qlobal fəlakət” olacaqdı.

Maradona deyib: “ ən pisi odur ki, Braziliya çox pis təəssürat yaratdı”.

Braziliya 1975-ci ildən bəri öz meydanında heç kimə uduzmamışdı.

Beynəlxalq yarışlarda isə ən böyük məğlubiyyəti 1920-ci ildə Cənubi Amerika birinciliyində olmuşdu. O vaxt Braziliya Uruqvaya 0:6 hesabı ilə uduzmuşdu.

Maradona Almaniya yığmasında qapıçını xüsusi qeyd edib və deyib ki, Neuer nəhəngdir.

Ancaq Maradonanın fikrincə, Almaniyaya qalib gəlmək olar.

XS
SM
MD
LG