Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 10:08

İraq parlamenti iyulun 13-də toplaşacaq


-

İraqın yeni parlamenti yeni hökuməti formalaşdırmaq üçün gələn həftə toplaşmağı qərara alıb. Öncə avqustda toplaşmaq qərarı vardı. Spiker vəzifəsini icra edən Mehdi al-Hafidh deyib ki, deputatlar iyulun 13-də «xalqın marağı, konstitusion prosedurlara sadiqlik və demokratiya quruculuğunun saxlanması naminə» yığışacaq.

İclasın avqustun 12-nə ertələnməsi yerli deputatlar və Birləşmiş Ştatların tənqidinə səbəb olmuşdu.

Parlament üç əsas vəzifəni kimin daşıyacağına qərar verməlidir. Bu vəzifələri şiə və sünni ərəblər, kürd icması bölüşür.

Ötən həftəki iclas qarışıqlıqla bitib. Bu arada İraqda İraq Şam İslam Dövləti adlanan silahlı qruplaşma böyük əraziləri ələ keçirib.

XS
SM
MD
LG