Keçid linkləri

Təcili xəbərlər
2021, 27 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:03

Avropada sığınacaq istəyənlərin sayı kəskin artır


Əfqanıstandan olanlar Belçikada sığınacaq istəyir

-

Avropa Birliyinin yeni hesabatına görə, Avropa Birliyindən sığınacaq istəyən ukraynalıların sayı kəskin artıb, suriyalıların və eritreyalıların sayı isə son illərdəki kimi yüksək qalır.

Keçən il Avropa Birliyindən 435 min 760 adam sığınacaq istəyib. Bu da 2012-ci illə müqayisədə 30 faiz çoxdur.

Bu ilin mart ayından may ayınadək 2 min ukraynalı sığınacaq xahişi ilə Avropa ölkələrinə müraciət edib.

Bundan əvvəl hər ay orta hesabla Avropa ölkələrindən 100 ukraynalı sığınacaq istəyirdi.

Bu ilin ilk 5 ayında keçən illə müqayisədə Avropa Birliyindən sığınacaq istəyənlər 19 faiz artıb.

Ən çox müraciət edənlər isə Suriya, Rusiya və Balkan ölkələri vətəndaşlarıdır.

Sığınacaq istəyənlərin ən çox getmək istədiyi Avropa ölkələri isə Almaniya, Fransa, İsveç, Britaniya və İtaliyadır.

Avropa Birliyinin 28 ölkəsində sığınacaq axtaranların ən çox artdığı ölkə Rusiyadır. Hər il sığınacaq xahişi ilə Rusiyadan 20 min adam müraciət edirdi, 2013-cü ildə belə müraciətlər 71 faiz artıb.

Rusiyadan müraciət edənlərin əksəriyyəti Şimali Qafqazdan olanlardır.

2013-cü ildə Avropa Birliyindən ən çox sığınacaq istəyənlər suriyalılardır – 46 min 960 nəfər.

Sonrakı yerlərdə rusiyalılardır – 35 min 140 nəfər, əfqanıstanlılar 3-cü yerdədir – 21 min 320 nəfər.

XS
SM
MD
LG