Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:44

Əfqanıstanda 4 NATO əsgəri ölüb


Əfqanıstanın şərqində intiharçı hücumunda azı 10 dinc sakin, iki polis zabiti, 4 NATO əsgəri həlak olub. Hadisə iyulun 8-də Parvan vilayətinin Bağram rayonunda baş verib.

Motosiklet sürən intiharçı klinikaya gəlmiş çex əsgərləri hədəfə alıb.

NATO əsgərlərin milliyyətini açıqlamayıb.

Biri uşaq olmaqla, 8 dinc sakin yaralanıb.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb. Əfqanıstan təhlükəsizlik durumu pisləşir. Əksər xarici qüvvələr Talibanla 12 illik müharibədən sonra ölkəni tərk etməyə hazırlaşır

XS
SM
MD
LG