Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 01:06

John Kerry Əfqanıstanda hakimiyyətin zəbti əleyhinə xəbərdarlıq edir


John Kerry

-

ABŞ Dövlət katibi John Kerry xəbərdarlıq edir ki, Əfqanıstanda hakimiyyətin «qeyri-qanuni yollarla» zəbtinə hər hansı cəhd ölkəyə beynəlxalq yardımım kəsilməsinə səbəb olar.

Bu bəyanatdan öncə prezident seçkisinin nəticələri iki namizəd arasında narazılığa səbəb olub.

İyulun 8-də verdiyi bəyanatda Kerry «paralel hökumət» təklifləri barədə xəbərlərdən «dərin narahatlığını» bildirib. Deyib ki, Vaşinqton əfqan seçki orqanlarının «pozuntulara dair ağlabatan iddiaları» araşdıracağını gözləyir.

Müstəqil Seçki Komissiyası iyulun 7-də bildirib ki, iyunun 14-də keçirilmiş ikinci turda səslərin 56.44 faizini Ashraf Ghani, 43.56 faizini Abdullah Abdullah qazanıb.

Abdullah-ın sözçüsü nəticəni «xalqın iradəsinə qarşı çevriliş» adlandırıb.

Komissiya sədri Ahmad Yousuf Nouristani vurğulayıb ki, saxtakarlıq iddiaları nəzərə alınsa və ya səslərə yenidən baxılsa, nəticələr dəyişə bilər.

XS
SM
MD
LG