Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Aprel, Cümə, Bakı vaxtı 15:36

Mourinho qələbəni Braziliyaya verir


Chelsea klubunun məşqçisi Jose Mourinho deyib ki, Braziliya üçün Almaniya ilə oyunda Thiago Silva daha böyük itkidir, nəinki Neymar.

Hər iki oyunçu Almaniya ilə oyunda oynamayacaq. Kolumbiya ilə oyunda belindən zədə alan Neymarın müalicəsi hətta 45 gün çəkəcək.

Britaniyanın Daily Mail qəzetinin yazdığına görə, Mourinho hesab edir ki, Dünya Kubokunu Braziliya alacaq. O deyib ki, “hərçənd Braziliya keyfiyyətli oyun göstərmir, ancaq onlar bilir nə edir”.

İyulun 8-də yarımfinalda Braziliaya Almaniya ilə qarşılaşır.

XS
SM
MD
LG