Keçid linkləri

Təcili xəbərlər
2021, 18 İyun, Cümə, Bakı vaxtı 17:11

Əfqanıstanda prezident seçkisinin ilkin nəticələri açıqlanır


İyulun 7-də Əfqanıstanda prezident seçkisinin ilkin nəticələri açıqlanacaq. Seçkinin ikinci turu iyunun 14-də Abdullah AbdullahAshraf Ghani arasında keçirilib. Hər ikisi bir-birini seçkini saxtalaşdırmaqda ittiham edib və özünün seçkini udduğunu bildirib.

Abdullah seçki qutularına bülletenlərin topa ilə atıldığını və səs saymanı tanımayacağını bəyan edib.

Rəqibi Ashraf Ghani-nin ondan azı bir milyon çox səs topladığı bildirilir. O, nəticəni ədalətli adlandırır.

Kabildə səfərdə olan ABŞ senatoru Carl Levin iyulun 6-da jurnalistlərə deyib ki, ilkin nəticədən sonra şübhəli səslərin auditi aparıla bilər.


XS
SM
MD
LG