Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:33

Fələstinli gəncin qətlinə görə 6 nəfər həbs edilib


İsraildə 6 nəfər həbs edilib. Onlar fələstinli gəncin qətlində ittiham olunur.

İsrailin rəsmi nümayəndəsi Associated Press agentliyinə deyib ki, qətli araşdıran müstəntiqlər qətldə millətçi motivlərin olduğunu aşkar edib.

İyulun 2-də Qüdsdə 16 yaşlı fələstinli Muhammed Abu Hudayranın yandırılmış meyiti tapılmışdı. Fələstinlilər qətldə İsrail millətçilərini ittiham edir. Bundan əvvəl isə 3 israilli gənc oğurlanıb öldürülmüşdü.

Fələstinli gəncin qətli İsraildə yerli polislə fələstinlilər arasında toqquşmalara səbəb olub.

XS
SM
MD
LG