Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:29

Liviyada üç əcnəbi itkin düşüb


Liviyada üç əcnəbi - İtaliya tikinti şirkətinin mühəndisləri itkin düşüb.

Yerli hakimiyyət İtaliya, Makedoniya, Bosniya vətəndaşları olan əcnəbilərin oğurlandığından ehtiyatlanır.

Adının çəkilməsini istəməyən hakimiyyət nümayəndəsi Reuters-ə bildirib ki, Zuara şəhərində onların evinin yanında istifadə etdikləri maşın boş tapılıb.

Son vaxtlar Liviyada oğurlanan əcnəbilərin sayı artıb.

XS
SM
MD
LG