Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:45

Xəzər sahilində reydlər keçirilir


Xəzər sahili

-

Ekologiya və Təbii Sərvətlər ilə Daxili İşlər nazirliklərinin əməkdaşları Bakı və Abşeron yarımadasının Xəzər sahili ərazilərində reydlərə başlayıb.

Xəbəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi yayıb.

Məlumatda deyilir ki, reydlər zamanı məişət tullantılarının qalaqlanması, yandırılması, çirkab suların təmizlənmədən Xəzər dənizinə axıdılması faktları aşkar edilib.

Ayrı-ayrı fiziki və hüquqi şəxslər barəsində ümumilikdə 41 akt və protokol tərtib olunub. Yerli özünüidarəetmə orqanları və icra strukturlarına tabeliklərində olan ərazilərdə ekoloji qanunvericiliyin tələblərinə riayət olunması barədə xəbərdarlıqlar edilib.

XS
SM
MD
LG