İraqın nüfuzlu şiə lideri Ayətullah Ali al-Sistani deyib ki, parlamentin yeni hökumət yarada bilməməyi təəsüfləndirici uğursuzluqdur.
O, iyulun 4-də siyasətçiləri “ölümcül nəticələri olan səhvlərdən” yayınmağa çağırıb.
Sistaninin fikrincə, hökumət geniş təmsilçiliyə əsaslanmalıdır.
İraq parlamenti iyulun 1-də yeni hökumət yaratmaqda razılığa gələ bilmədi.