Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:47

Avropa Birliyinin seçki missiyası Əfqanıstanda səsverməni daha geniş yoxlamağa çağırır


Əfqanıstanda seçki saxtakarlığına etiraz
Əfqanıstanda seçki saxtakarlığına etiraz

Avropa Birliyinin seçki missiyasının rəhbəri T.Berman iyulun 4-də Əfqanıstanda prezident seçkilərində səsvermənin daha geniş və dərin yoxlanmasına çağırıb.

Bir gün qabaq bu missiya 22828 məntəqədən 6000 –dən çoxunda problem aşkar olunduğunu bildirmişdi.

Əfqanıstanın Müstəqil Seçki Komissiyası 1930 məntəqədə seçkinin nəticələrini yoxlayır.

İyunun 14-də keçirilmiş seçkilərin nəticələri iyulun 7-də elan olunmalıdır. Berman hesab edir ki, seçki məntəqlərinin auditini çox vaxt aparmadan keçirmək mümkündür.

XS
SM
MD
LG