Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 11:34

Rusiya və Moldovanın Dnestryanı regionu əlaqələri dərinləşdirir


Dnestryanı regionda Rusiya lehinə nümayiş

Rusiya və Moldovanın Dnestryanı regionu bir sıra müqavilələr imzalayıb. Bu sənədlər Moldovanın Avropa Birliyi ilə imzaladığı sazişlərin təsirini azaltmaq üçündür.

Yeni müqavillər iqtisadi, ticarət, nəqliyyat, kənd təsərrüfatı, elm sahəsindəki əlaqələrə aiddir.

Rusiyanın xarici işlər nazirliyinin bəyanatında deyilir ki, bu müqavilələr regionda iqtisadi əlaqlərin mürəkkəbləşdiyi vaxtda xüsusilə əhəmiyyətlidir.

Dnestryanı regionun rəhbəri Yevgeny Shevchuk deyib ki, Moldovanın Avropa birliyi ilə sazişləri daha çox problem gətirəcək, nəinki üstünlük.

Rusiyanın kənd təsərrüfatı nazirliyi bildirir ki, iyulun 5-dən Moldovadan ət alınmasını azaldacq, çünki bu ət standartları pozur.

Avropa Birliyi Rusiyanın bu hərəkətini "cəza" adlandırır.

XS
SM
MD
LG