Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:38

İSİD yaraqlıları 32 türk sürücüsünü azad etməyə başlayıb


Türkiyə mediası xəbər verir ki, İraq və Suriya İslam Dövləti yaraqlıları İraqda tutduqları 32 türk yük maşını sürücüsünü azad etməyə başlayıb.

İSİD onları Mosul şəhəri alınanda tutmuşdu.

İSİD yaraqlıları türk sürücüləri Ərbil şəhərinə gətirərək burdakı yerli hakimiyyətə təhvil verib. Ərbil İraq Kürdüstanının paytaxtıdır.

Mosulda İSİD Türkiyə konsulluğunu da tutaraq burdakı 49 Türkiyə vətəndaşını, o cümlədən konsulu tutub-aparmışdı. Onların harda olması barədə məlumat yoxdur.

XS
SM
MD
LG