Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 15:39

Tbilisinin keçmiş meri saxlanıb


Gigi Ugulava

Tbilisinin keçmiş meri Gigi Ugulava iyulun 3-də səhər Kiyev və Kişinyova uçmaq istərkən saxlanıb.

Ugulava külli miqdarda büdcə vəsaitindən sui-istifadə və mənimsəmədə ittiham olunur. O, həmçinin müxalifətdə olan Vahid Milli Hərəkat partiyasının seçki qərargahının rəhbəridir.

İyulun 2-də Tbilisi Şəhər Məhkəməsi Ugulava-nın 50 min lari (($28,300) ödəməsinə dair vəsatəti təmin etməyib, pasportunu və digər sənədlərini alıb.

2013-cü ilin fevralında Ugulava-ya ittihamlar irəli sürüləndən o, Gürcüstanı bir neçə dəfə tərk edib və geri qayıdıb.

Ancaq müstəntiqlər iddia edir ki, bu dəfə Ugulava «Gürcüstana qayıtmaq fikrində olmayıb».

Ugulava özünə qarşı ittihamları siyasi motivli sayır.

XS
SM
MD
LG