Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:57

Tovuz sakini qatarın altına düşüb


-

Rayonun Qovlar şəhər sakini Babək Hüseynov dəmiryol xəttini keçmək istəyərkən yük qatarı onu vurub. Nəticədə onun bir qolu amputasiya olunub.

Hadisə bu gecə Qovlar şəhərində baş verib. Hadisə zamanı ağır bədən xəsarətləri alan 29 yaşlı zərərçəkən Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər onun sağ qolunu və sol əlinin 4 barmağını amputasiya edib. Babək Hüseynovun vəziyyəti ağırlaşdığından o, Gəncə şəhər TTYX-nin travmatologiya şöbəsinə göndərilib.

Zərərçəkən Babək Hüseynovun anası bildirib ki, o, qatar yolunu keçmək istəyərkən sərxoş vəziyyətdə olub. Hazırda aidiyyatı qurumlar 29 yaşlı gəncin hansı şəraitdə xəsarət aldığını araşdırır.

XS
SM
MD
LG