Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:02

İranla nüvə danışıqları həlledici mərhələyə daxil olur


Arxiv foto
Arxiv foto

-

İyulun 3-də ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya İranla Vyanada danışıqları davam etdirir. Danışıqların məqsədi İranın nüvə imkanlarını məhdudlaşdırmaq üçün daimi razılıq əldə etməkdir.

Dünyanın altı qüdrətli dövləti və İran arasında noyabr ayında əldə edilmiş müvəqqəti razılığa əsasən, İran sanksiyaların bir hissəsinin yüngülləşdirilməsi müqabilində uran zənginləşdirilməsi proqramını məhdudlaşdırmalı idi.

İranın nüvə proqramı ilə əlaqədar yekun razılığın iyul ayının 20-nə qədər əldə ediləcəyinə inanılır.

Qərb dövlətləri İranın nüvə silahı yaratmasından narahatdır. Qərb və BMT-nin sanksiyaları ilə üzləşən Tehransa nüvə proqramının dinc məqsədli olduğun bildirir.

Vyanada keçirilən danışıqlardan əvvəl İranın xarici işlər naziri Mohammad Javad Zarif P5+1 qrupunu səbəbsiz və qəbuledilməz təkliflərlə çıxış etməməyə çağırıb.

ABŞ dövlət katibi John Kerry deyib ki, P5+1 qrupu İranın nüvə silahı əldə etməsini önləyən bir sıra səmərəli, yoxlanılmış və asanlıqla əldə olunan tədbirlər təklif edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG