Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 19:13

Masallıda göldə üç uşaq batıb


Masallı rayonunun Tiyəqani kəndində bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, ötən gün axşam radələrində rayonun Tüklə kənd sakinləri, 2005-ci il təvəllüdlü İlkin Ruslan oğlu Quluzadə, onun qardaşı, 2007-ci il təvəllüdlü Ələsgər Ruslan oğlu Quluzadə və Tiyəqani kənd sakini, 2004-cü il təvəllüdlü Qadir Qabil oğlu Mehdiyev kəndin yaxınlığındakı göldə çimərkən boğulublar.

Uşaqların meyitləri kənd sakinləri tərəfindən göldən çıxarılıb valideynlərinə təhvil verilib.

Hazırda faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

XS
SM
MD
LG