Keçid linkləri

2017, 22 Oktyabr, bazar, Bakı vaxtı 08:49

Rusiya prezidenti Vladimir Putin iyulun 2-də Minskə səfər edir. O, Belarusun nasist işğalından azad olunmasının 70 illiyi tədbirlərinə qatılacaq.

Putin Qələbə abidəsinə əklil qoyacaq, Böyük Vətən Müharibəsi Tarixi Muzeyinin yeni binasının açılışına qatılacaq.

Onun Belarus həmkarı Alyaksandr Lukashenka ilə ikitərəfli münasibətləri, regional inteqrasiya prosesinə bağlı məsələləri müzakirə edəcəyi gözlənir.

Rusiya, Belarus və Qazaxıstan Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqının üzvləridir. Bu qurum 2015-ci il yanvarın 1-dən Avrasiya İqtisadi İttifaqı kimi fəaliyyətə başlayacağı gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG