Keçid linkləri

Təcili xəbərlər
2021, 11 May, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Erdoğan prezidentliyə namizəd oldu


Recep Tayyib Erdogan

Türkiyənin Baş naziri Recep Tayyib Erdoğan prezidentliyə namizədliyini rəsmən irəli sürüb. Ankarada öz tərəfdarları qarşısında çıxış edən Erdoğan deyib ki, “biz siyasətə Allah naminə, xalqın naminə gəlmişik”.

Erdoğanı korrupsiyada ittiham edən son ayların qalmaqallarına baxmayaraq 60 yaşlı Erdoğan populyar olaraq qalır. və avqustun 10-da keçiriləcək prezident seçkisini udmağa ən real namizəddir.

Erdoğan 1994-1998-ci illrədə İstanbul şəhərinin meri olub. 2002, 2007 və 2011-ci illərdə keçirilən parlament seçkilərində onun Ədalət və İnkişaf Partiyası qalib gəlib və Erdoğan Baş nazir kimi fəaliyyət göstərib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG