Keçid linkləri

2017, 28 İyul, Cümə, Bakı vaxtı 06:56

Yadigar Sadıqlının apellyasiya məhkəməsi keçirilib


Yadigar Sadıqlı

-

İyulun 1-də Şirvan Apellyasiya Məhkəməsində Müsavat başqanının həbsdə olan müşaviri Yadigar Sadıqlının şikayətinə baxılıb.

Vəkil Xalid Bağırovun AzadlıqRadiosuna bildirdiyinə görə, prosesdə şahidlər dindirilib. Daha sonra tibbi ekspertin məhkəmədə iştirakı ilə bağlı vəkilin verdiyi vəsatətə baxılıb. Vəsatət qismən təmin olunub. Məhkəmə növbəti prosesdə ekspertin iştirak etməsi ilə bağlı qərar çıxarıb.

Növbəti məhkəmə prosesi iyulun 22-nə təyin olunub.

Yadigar Sadıqlı ötən il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Müdafiə tərəfi bu hökmdən apellyasiya şikayəti verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG