Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:03

Netanyahu deyir ki, Hamas öldürülən yeniyetmələrə görə cavab verəcək


Qərb sahilində xidmət çəkən İsrail əsgəri
Qərb sahilində xidmət çəkən İsrail əsgəri

-

İsrailin baş naziri Benjamin Netanyahu Hamas yaraqlılarını 3 İsrail yeniyetməsini öldürməkdə ittiham edib və deyib ki, buna görə cavab verəcək. Ordu iyunun 30-da bildirib ki, bu ayın əvvəlində Qərb sahilində itkin düşmüş 3 yeniyetmənin meyiti tapılıb. Necə öldükləri barədə ətraflı bilgi yoxdur.

Netanyahu-nun ofisi ona istinadla bildirib: «Onlar oğurlanıb və soyuqqanlılıqla, insan formasında olan heyvanlar tərəfindən öldürülüb. Hamas məsuliyyət daşıyır və buna görə cavab verəcək».

ABŞ Prezidenti Barack Obama bəyanat yayaraq, «günahsız gəncliyə qarşı terror aktını» pisləyib, ancaq bütün tərəfləri təmkinli olmağa çağırıb.

​BMT-nin baş katibi Ban Ki-moon qətlləri «sülhün düşmənlərinin dəhşətli hərəkəti» adlandırıb.

HAMAS-IN 34 HƏDƏFİ BOMBALANIB

Benjamin Netanyahu
Benjamin Netanyahu

İyulun 1-də İsrail təyyarəsi Qəzza zolağında onlarla ərazini bombalayıb. İordan çayının qərb sahilində bir fələstinli öldürülüb.

İsrail ordusunun bəyanatında deyilir ki, əsasən Hamasa məxsus 34 hədəf, raket atəşinin güclənməsinə cavab olaraq bombalanıb.

Hamas 3 yeniyetmənin ölümünə görə məsuliyyət daşımadığını deyir.

Fələstin prezidenti Mahmoud Abbas iyulun 1-də toplantı çağırıb, yeniyetmələrin meyitlərinin tapılmasının mümkün nəticələrini müzakirə edəcəklər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG