Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Netanyahu deyir ki, Hamas öldürülən yeniyetmələrə görə cavab verəcək


Benjamin Netanyahu
Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu Hamas yaraqlılarını 3 İsrail yeniyetməsini öldürməkdə ittiham edib və deyib ki, buna görə cavab verəcək. Ordu iyunun 30-da bildirib ki, bu ayın əvvəlində Qərb sahilində itkin düşmüş 3 yeniyetmə ölü tapılıb. Necə öldükləri barədə ətraflı bilgi yoxdur.

Netanyahu-nun ofisi ona istinadla bildirib: «Onlar oğurlanıb və soyuqqanlılıqla, insan formasında olan heyvanlar tərəfindən öldürülüb. Hamas məsuliyyət daşıyır və buna görə cavab verəcək».

ABŞ Prezidenti Barack Obama bəyanat yayaraq, «günahsız gəncliyə qarşı terror aktını» pisləyib, ancaq bütün tərəfləri təmkinli olmağa çağırıb.

BMT-nin baş katibi Ban Ki-moon qətlləri «sülhün düşmənlərinin dəhşətli hərəkəti» adlandırıb.

XS
SM
MD
LG