Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Nitsa şəhərinin meri futbola görə xarici bayraqları qadağan edib


Əlcəzair bayrağı
Əlcəzair bayrağı

Fransanın Nitsa şəhərində xarici bayraqlar müvəqqəti olaraq qadağan olunub. Bu qərar Dünya Kubokunda Almaniya-Əlcəzair oyunundan bir neçə saat qabaq verilib.

Şəhər meri Christian Estrozi fərmanı imzalayanda deyib ki, bu qərar Braziliyada yarışlar qurtarana qədər qüvvədə qalacaq.

Mer əlavə edir ki, “bu yarışlar başlanandan ictimai sülhü pozan dözülməz davranışa rast gəlirik”.

Əlcəzairin son 2 oyunundan sonra ictimai asayişi pozduğuna , soyğunçuluqla məşğul olduğuna görə Fransada təxminən 100 adam tutulub. Onların hamısı Əlcəzair əsillidir.

XS
SM
MD
LG