Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:59

Qazax teatrında «Kişi və Qadın»a ictimai baxış olub


Dramaturq Əli Əmirli
Dramaturq Əli Əmirli

-

Qazax Dövlət Dram Teatrında Əli Əmirlinin «Kişi və Qadın» komediyasına ictimai baxış olub.

Teatrdan verilən xəbərə görə, bir aylıq intensiv məşqlər müsbət bəhrəsini verib. Rayon ziyalılarının iştirakı ilə baş tutan sınaq tamaşası böyük hərarətlə qarşılanıb. Tamaşanın müzakirəsində dramaturji material, peşəkar rejissor işi və istedadlı aktyor oyunu yüksək qiymətləndirilib.

Bütün zamanlar üçün aktual olan kişi və qadın münasibətləri, məhəbbət, sədaqət, etibar, habelə xəyanətdən bəhs edən bu əsərə Qazax teatrında Xalq Artisti Zülfüqar Abbasov çox maraqlı və orijinal quruluş verib.

Tamaşanın rəssamı Səyyad Məmmədovdur.

Rolları teatrın direktoru Saqif İskəndərov, Zəmanə Orucova, Xanım Məmmədova, Hacı HacıyevNazilə Məmmədova ifa ediblər.

Əli Əmirlinin «Kişi və Qadın» komediyası ilk dəfə dünyadan vaxtsız köçmüş görkəmli rejissor Hüseynağa Atakişiyev Dövlət Gənclər Teatrında tamaşaya qoyub.

Sonralar Gəncə, Qusar, Mingəçevir teatrları da bu əsərə müraciət ediblər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG