Keçid linkləri

Təcili xəbərlər
2021, 04 Dekabr, şənbə, Bakı vaxtı 04:57

Misirdə Ramazan ayı ilə bağlı moizələr məhdudlaşdırılır


Arxiv foto

Misir Ramazan ayı ilə bağlı moizələri məhdudlaşdıracaq. Dini İşlər üzrə nazir Muhammad Mokhtar Gomaa iyunun 29-da deyib ki, Ramazan ayında «adamları birləşdirən» moizələr eşidilməlidir.

Ötən il islamçı prezident Muhammad Morsi devriləndən sonra dini nitqlər nəzarət altında saxlanır.

Misir Müsəlman Qardaşlarının fəaliyyətini qadağan edib. Təşkilat terrorçuluqda ittiham edilir.

Dini İşlər üzrə nazirlik məscidlərdə moizə oxunmasını də məhdudlaşdırıb.

İyunun 29-da dünyada 1,6 milyard müsəlman üçün Ramazan ayı başlayıb.

XS
SM
MD
LG