Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:37

Azərbaycanda kolleclərə sənəd qəbulu başa çatır


Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) cari ilin məzunları üçün ( 9-cu sinfi bu il bitirən) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün gecəyarı başa çatır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, sənəd qəbuluna mayın 12-dən başlanılıb. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılır.

Bu il ilk dəfə olaraq, cari ilin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.

XS
SM
MD
LG