Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:13

2 rayonun qaz təchizatında məhdudiyyətlər olacaq


İyunun 30-da Şamaxı rayonunun qaz təchizatında məhdudiyyət olacaq. «Azəriqaz» İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu, abonentlərin qaz təchizatının yaxşılaşdırılması, həyətlərdən keçən qaz xətlərinin ləğv edilməsi, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və təmir işləri ilə əlaqədardır.

Eyni zamanda, qaz nəqli sistemində aparılan quraşdırma işləri ilə əlaqədar iyulun 4-dək Daşkəsən rayonunun bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.

XS
SM
MD
LG