Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:44

İraqda Tikrit uğrunda döyüşlər davam edir


Arxiv fotosu
Arxiv fotosu

İraq ordusunun Ordusunun Tikritdə İraq Şam İslam Dövləti (İŞİD) silahlılarına qarşı əməliyyatı davam edir. İraqın keçmiş lideri Saddam Hüseynin doğma şəhəri olan Tikritə havadan da hücumlar edilir.

Minlərlə İraq əsgəri hərbi təyyarələr və tankların köməyi ilə Samirə şəhərindən Tikritə doğru irəliləyib.

İraqın hərbi qaynaqlarının məlumatına görə, əməliyyat ABŞ-la hərbi məsləhətləşmələr əsasında həyata keçirilir.

ABŞ İraqdakı heyətini qorumaq üçün İraq səmasında pilotsuz təyyarələrindən istifadə etdiyini bildirmişdi. Ancaq amerikalı hərbçilər əməliyyatda iştirak etmir.

İŞİD silahlıları Mosulun ardınca iyunun 11-də Tikrit şəhərini ələ keçirmişdi.

Associated Press agentliyinin məlumatına görə, hava hücumları Tikritin şimalında İraq hərbçilərinə hücum edən sünni silahlıları hədəf alıb.

General Sabah Fatlawi Frans Press agentliyinə bildirib ki, "IŞİD silahlılarının iki yolu var, qaçmaq, ya da ölmək”.

Bu arada paytaxt Bağdadın cənubunda İraq ordusu ilə sünni silahlılar arasındakı döyüşdə 20 İraq əsgəri öldürülüb. İraq polisi onlarla silahlının öldürüldüyünü bildirib.

XS
SM
MD
LG