Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:58

Avropalı qonaqlara hər gün qonaqlıq veriləcək


İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilib.
İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilib.

-

İyunun 28-də Heydər Əliyev Mərkəzində prezidenti İlham Əliyevin adından ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının iştirakçılarının şərəfinə şam yeməyi verilib.

Tədbirlə bağlı yayılan sənədlərə əsasən, növbəti gün qonaqlar Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən «Buta palace»da konsert və şam yeməyinə dəvətlidirlər.

İyunun 30-da onları şam yeməyinə baş nazir Artur Rasi-zadə dəvət edib.

Deputatları müşayiət edənlər də diqqətdən kənarda qalmayıblar. Onlara da aid ayrıca proqram təşkil olunub. Sessiyanın ilk günü müşayiətçilər Qız qalasında, Şirvanşahlar sarayında olublar. «İçərişəhər»dəki xalça və suvenirlər olan mağazalara baş çəkiblər.

Növbəti günlərdə avropalı qonaqlar bir neçə muzeyə, Heydər Əliyev Mərkəzinə baş çəkəcəklər, Bakıdakı «Ud» kafesində nahar edəcəklər. İyulun birində müşayiətçilər səhər saat 10:00-dan 15:00-a qədər vaxtlarını «Jumeirah Beach Hotel» çimərliyində keçirəcəklər. Çimərlikdən qayıdan qonaqlara hoteldə İsveç stolu açılacaq.

XS
SM
MD
LG