Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 01:03

Dünyanı dəyişən qətldən 100 il ötür


Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberq Sarayevoda - 28 iyun 1914.

-

İyunun 28-i Avstriya-Macarıstan İmperiyasının vəliəhdi şahzadə Frans Ferdinandın və onun xanımı Sofiya Hohenberqin qətlə yetirilməsinin 100-cü ildönümüdür. Bu hadisə Birinci dünya müharibəsinin başlanması üçün bəhanə olmuşdu.

Frans Ferdinand 1914-cü il iyunun 28-də Sarayevoya səfər edərkən serb milliyyətçisi Qavrilo Prinsip tərəfindən öldürülüb.

Bundan sonra Avstriya-Macarıstan Serbiyaya müharibə elan etdi, Belqradı bombaladı. Avqustun ilk həftəsində münaqişəyə Almaniya, Rusiya, Böyük Britaniya və Fransanın da qoşulması ilə bu müharibə Birinci Dünya müharibəsinə çevrildi.

XS
SM
MD
LG