Keçid linkləri

Təcili xəbərlər
2021, 18 May, çərşənbə axşamı, Bakı vaxtı 01:35

Çempionlar Liqasında «Rabitə» və «Azəryol»un rəqibləri məlum olub


Bakıda voleybol turniri

-

Qadın voleybol komandaları arasında Çempionlar Liqası yarışlarının püşkatma mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada təşkil olunmuş tədbirdə Azərbaycanın «Rabitə» və «Azəryol» komandalarının rəqibləri müəyyənləşib.

Avropa Voleybol Konfederasiyası (CEV) avrokuboklarda 2011-2013-cü illərin nəticəsinə əsasən klubları 4 yerə ayırmışdır. Sıralamaya görə Azərbaycan Super Liqasının qalibi «Rabitə» və finalçısı «Azəryol» ikinci səbətdə yer almışlar.

Püşkatmaya görə, «Rabitə» komandası «A» qrupunda «Dinamo» (Moskva), «Ximik» (Polşa) və «Agel» (Çexiya) kollektivləri ilə yarışacaq. «Azəryol» isə «Fənərbaxça» (Türkiyə), «Nant» (Fransa) və «Stiinta» (Rumıniya) ilə «B» qrupunda yer alıb.

Reqlamentə əsasən, 20 komanda 5 qrupda mübarizə aparacaq. Onlar bir-biri ilə ev-səfər prinsipi ilə oynadıqdan – 6 turdan sonra qrupda ilk 2 yerin sahibi və 3-cü yeri tutacaq 2 ən yaxşı komanda pley-offa vəsiqə qazanacaq.

XS
SM
MD
LG