Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:32

Şimali Koreya yeni raketi sınaqdan keçirib


Arxiv foto

Şimali Koreya iyunun 27-də elan edib ki, yeni raketi sınaqdan keçirib. Pxenyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi bildirir ki, ölkə lideri Kim Jong Un sınağı müşahidə edib.

Ancaq sınağın nə vaxt və harada keçirildiyi açıqlanmır.

Bir gün öncə Cənubi Koreya bildirib ki, şimal qonşusu onun sularına üç qısa-mənzilli raket atıb.

Son aylar ərzində Şimali Koreya Cənubi Koreya prezidentini «fahişə» adlandırıb. Cənub təxribata çəkiləcəyi halda Şimali Koreyanı vuracağına söz verib.

Öncə illik ABŞ-Cənubi Korya hərbi təlimləri keçirilib, Prezident Barack Obama Seula səfər edib.

XS
SM
MD
LG