Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 13:08

İraq parlamenti gələn həftə toplaşır


İraq prezidenti Jalali Talabani

İraqın iki ay öncə seçilmiş parlamenti iyulun 1-də toplaşıb yeni hökuməti formalaşdırmağa başlayacaq. Bu barədə İraq prezidenti Jalali Talabani-nin iyunun 26-da verdiyi qərarda deyilir.

İraqın baş naziri Nuri al-Maliki-yə beynəlxalq təzyiqlər olunur ki, ölkənin bütün fraksiyalarının təmsil olunduğu hökumət formalaşdırsın və bununla da şimal şəhərlərini tutmuş sünni yaraqlılara dəstəyi zəiflətsin.

Bu mesajı Britaniyanın xarici işlər naziri William Hague iyunun 26-da Bağdad səfərində bir daha diqqətə çatdırıb. Maliki razılaşıb ki, sünni yaraqlıları məğlub etmək üçün hərbi addımlarla bərabər siyasi tədbirlər də gərəkir.

İraq qüvvələri Tikrit şəhərini yaraqlılardan almaq üçün hücuma keçib. Şahidlər şəhərdə ağır döyüşlərin getdiyini bildirir. Bir hökumət vertolyotunun vurulduğu deyilir. Tikrit iki həftə öncə sünni yaraqlıların əlinə keçib.

Günün bütün mövzuları

XS
SM
MD
LG