Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 06:09

İraqın baş naziri Suriyanın islamçılara hava zərbələrini dəstəkləyir


İraqın baş naziri Nuri al-Maliki BBC-yə deyib ki, o, Suriyanın islamçı yaraqlılara Suriya ilə İraq sərhəddində hava zərbələri endirməsini dəstəkləyir.

Hərbçilər bu zərbələrin İraq daxilində endirildiyini bildirir. Ancaq Maliki deyir ki, bu zərbələr Suriya tərəfdə olub.

İraq və Suriya İslam Dövləti təşkilatının yaraqlıları İraqın böyük bir hissəsini tutub və Bağdada doğru irəliləyir.

İyunun 26-da Britaniyanın xarici işlər naziri William Hague gözlənilmədən Bağdada gəlib və İraq liderlərini islamçı yaraqlılara qarşı birləşməyə çağırıb.

XS
SM
MD
LG