Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 13:34

Qazaxıstanın yeni qanunu idmançıları ölkə himnini öyrənməyə məcbur edir


Qazaxıstan parlamentinin yuxarı platası olan Senat mədəniyyət və idman haqda qanunu təsdiq edib. Həmin qanuna görə, Qazaxıstan idmançıları ölkənin himnini öyrənməlidirlər.

2012-ci ildə Küveytdə beynəlxalq yarışlarda qazaxıstanlı Maria Dmitrienko qızıl medal alanda Qazaxıstanın dövlət himninin yerinə 2006-cı ildə çəkilən satirik “Borat” filmindəki guya Qazaxıstan himni olan musiqi səslənmişdi.

Dmitrienko o vaxt bu fərqi hiss etməmişdi.

Qazaxıstan yanlış himn səsləndirildiyinə görə etirazını bildirdi və Küveyt rəsmi üzr istədi.

XS
SM
MD
LG