Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:10

Penitensiar Xidmət Tofiq Yaqublunun normal şəraitdə saxlanıldığını bildirir


Tofiq Yaqublu
Tofiq Yaqublu

-

Bir neçə gün əvvəl Şəki Penitensiar Müəssisəsində saxlanan Müsavat başqanının müavini Tofiq Yaqublunun saxlanma şəraitinin ağır olması haqda məlumat yayılmışdı. Bu haqda Tofiq Yaqublunun qızı Nigar Yaqublu məlumat vermişdi.

Nigar Yaqublu bildirmişdi ki, atasının olduğu kameraya normadan çox məhbus yerləşdirilib, kamerada siqaret çəkilir.

Penitensiar Xidmətin ictimaiyyətlə mətbuat xidmətinin məlumatında deyilir ki, Tofiq Yaqublunun saxlanma şəraiti ilə bağlı mediada yayılan məlumatlar həqiqəti əks etdirmir:

«Yeni istifadəyə verilmiş Şəki Penitensiar Müəssisəsində təqsirləndirilən şəxslərin və məhkumların saxlanma şəraiti Avropa standartlarına uyğundur. Bütün kameralarda təmiz hava axını təmin olunub. Tofiq Yaqublu Şəki Penitensiar Müəssisəsində mövcud qanunvericiliyə uyğun olaraq insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə saxlanılır».

Ötən il İsmayıllıda kütləvi iğtişaşlar törətmə ittihamı ilə tutulmuş Tofiq Yaqublu martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG