Keçid linkləri

2017, 20 Sentyabr, çərşənbə, Bakı vaxtı 17:14

Əfqanıstan seçki rəsmisinin istefası alqışlanır


Əfqanıstan prezidenti Hamid Karzai

Əfqanıstanda seçki komissiyasının yüksək rütbəli rəsmisinin istefası seçki prosesinin bütövlüyünü saxlamaq baxımından vacib addım sayılır. Prezident Hamid Karzai iyunun 24-də deyib ki, Müstəqil Seçki Komissiyasının katibliyinin rəhbəri Zia-ul-Haq Amirkhail-in istefası «müvafiq və məsuliyyətli hərəkətdir».

Amirkhail iyunun 23-də istefa verib. Namizəd Abdullah Abdullah onu 14 iyun seçkisinin nəticələrini rəqibi Ashraf Ghani-nin xeyrinə saxtalaşdırmaqda ittiham edirdi.

BMT-nin Kabildəki təmsilçiliyi onu «milli maraqları şəxsi maraqlardan üstün tutduğuna görə» alqışlayıb.

Ghani-nin komandası bildirib ki, Amirkhail-in istefası seçki prosesinin rahat davam etməsinə yol açır.

Abdullah iyunun 23-də jurnalistlərə deyib ki, seçkinin nəticələrini boykot qərarına son verə bilər və «indi qapılar bizim danışıqları davam etdirməyimiz üçün açıqdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG