Keçid linkləri

2017, 27 Fevral, Bazar ertəsi, Bakı vaxtı 13:27

Orxan Eyyubzadənin həbs müddəti uzadılıb


-

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Orxan Eyyubzadə barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti uzadılıb.

Bu haqda AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev məlumat verib.

Binəqədi rayon Məhkəməsi onun barəsində olan həbs-qətimkan tədbirinin bir ay uzadılması barədə qərar qəbul edib.

Orxan Eyyubzadə bu il mayın 6-da NİDA fəallarına hökm oxunarkən Bakıda keçirilən etiraz aksiyasında tutulub, 20 sutka həbs cəzası alıb.

Daha sonra onun haqqında cinayət işi açılıb və həbs müddəti 1 ay daha uzadılmışdı.

Gənc fəal «hakimiyyət nümayəndəsinə zor tətbiq etmədə» (315.1 maddəsi) ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG