Keçid linkləri

Təcili xəbərlər
2022, 18 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 10:54

Naxçıvanlı futbolçular «Real Madrid»də


Arxiv foto

Naxçıvanın iki yeniyetmə futbolçusu İspaniyanın «Real Madrid» klubunun 13 yaşlılardan ibarət qrupunda məşqlərə başlayıb. Bu günlərdə İspaniyaya yollanan yeniyetmələr Şərurda yaradılan «Real Madrid» futbol məktəbindən seçilən Yasin Əliyev və Cəbrayıl Yusifovdur. Futbolçuların 1 il İspaniyada qalacağı və burada futbolun sirlərini öyrənəcəyi gözlənilir.

Naxçıvanda «Real Madrid» Futbol Məktəbinin bölməsi ötən aydan fəaliyyətə başlayıb.

«Futbol vasitəsilə uşaqların sağlamlıqlarının qorunması və sosial həyata inteqrasiyası» adlı layihəni Gənclər və İdman Nazirliyi Realmadrid Fondu ilə birgə həyata keçirir.

XS
SM
MD
LG