Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:45

«Qarabağ əlilləri prezidentin sərəncamından razı qalıblar».


-
«Qarabağ Qaziləri» və «Vətən Müharibəsi Əlilləri» təşkilatlarının iyunun 23-də birlikdə yaydığı bəyanatda belə deyilir.

İyunun 20-də İlham Əliyev Qarabağ əlillərinin və şəhid ailələrinin mənzillə təminatını yaxşılaşdırmaqla bağlı sərəncam imzalayıb.

Birgə açıqlamada bu sərəncam yüksək qiymətləndirilir:

«Son sərəncam prezidentin mart ayında imzaladığı bir neçə fərmanın məntiqi ardıcıllığıdır. Həmin fərmanlardan sonra əlilləri təqaüdləri nəzərəçarpacaq dərəcədə artdı. Bundan əlavə əlil övladlarının təhsil haqları dövlət hesabına ödənəcək. Son sərəncamdan isə mənzil növbəsində olan 5731 Qarabağ əlili və şəhid ailəsi yararlanacaq».
XS
SM
MD
LG