Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:33

NİDA-çıların məhkəməsi təxirə salınıb


NİDA-çılar
NİDA-çılar
-
İyunun 23-də Bakı Apellyasiya Məhkəməsində NİDA hərəkatı fəallarının apellyasiya şikayəti üzrə hazırlıq iclası başlayıb.

Vəkillərdən biri məhkəmədə iştirak etmədiyinə görə iclas iyunun 27-ə qədər təxirə salınıb.

Məhkəmə prosesində Bəxtiyar Quliyevdən başqa məhkumların hamısı iştirak edib. Onlar səhhətlərinin yaxşı olduğunu deyiblər.

Bəxtiyar Quliyev, Şahin Novruzlu, Məmməd Əzizov, Zaur Qurbanlı, Rəşad Həsənov, Üzeyir Məmmədli, Rəşadət Axundov və İlkin Rüstəmzadə (həbsi zamanı «Azad Gənclik» Hərəkatının üzvü idi) 2013-cü ilin mart-may aylarında həbs ediliblər.

Bu ilin mayında Bakı Ağır Cinayətlər Məhkəməsi onları 2013-cü il 10 mart etiraz aksiyası zamanı kütləvi iğtişaşlar planlaşdırmaqda, qanunsuz olaraq partlayıcı maddə və narkotik saxlamaqda, xuliqanlıqda təqsiri bilərək 6 ildən 8 ilədək azadlıqdan məhrum edib.

Gənclər ittihamları təkzib ediblər və cinayət təqibinin siyasi motivli olduğunu bildiriblər. İyunun əvvəllərində məhkumlardan biri – Bəxtiyar Quliyev təşkilatdan çıxdığını bildirib və prezidentdən əfv istəyərək, öz vəkillərindən imtina edib.

«Amnesty International» bütün bu məhkumları «vicdan məhbusu» kimi tanıyıb.
XS
SM
MD
LG