Keçid linkləri

2017, 24 Aprel, Bazar ertəsi, Bakı vaxtı 13:33

İyunun 23-də Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub. Dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə də fikir mübadiləsi aparıblar.

Vladimir Putin İlham Əliyev Rusiya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıblar. Onlar əməkdaşlığın genişləndirilməsinə tərəfdar olduqlarını bildiriblər.

Hər iki prezident Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi barədə fikir mübadiləsi aparıblar. Rusiya problemin sülh yolu ilə həll olunması üçün bütün mümkün yardımı göstərməyə hazır olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG