Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 21:23

AB-ə inteqrasiyanın zəruriliyi haqda bəyannamə qəbul olunub


-
Bir qrup siyasətçi və ictimai fəal Azərbaycanın Avropa Birliyinə inteqrasiyasının zəruriliyi barədə bəyannamə qəbul edib.

80-dən çox adamın imzaladığı bəyannamədə Azərbaycan hakimiyyəti Avropa Birliyi ilə Assosiasiya sazişi imzalanmağa çağırılır.

Bildirilir ki, belə bir saziş ölkədə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasına, azad ticarətin, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına və digər sahələrin inkişafına əlverişli zəmin yaradacaq.

Bəyannamə müəllifləri bildirirlər ki, Rusiyanın müxtəlif vasitələrlə Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etməyə çalışması onları narahat edir:

«Uzunmüddətli iqtisadi və siyasi fayda vəd etməyən bu birlik daha çox Rusiya rəhbərliyinin cari maraqlarını təmin etmək məqsədilə yaradılır. Bu birlikdə təmsil olunmaq Azərbaycanın dövlət müstəqilliyini sarsıdar, siyasi və iqtisadi inkişafını ləngidər. Ona görə də Azərbaycan bu birlikdə iştirak edə bilməz», - deyə bəyannamədə bildirilir.
XS
SM
MD
LG