Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 09:25

«Təcavüzə uğrayıb asılan qadın» hadisələri davam edir


Arxiv foto

Pakistanda və Hindistanda «təcavüzə uğrayıb asılan qadın» hadisələri davam edir.

Hindistanda «təcavüzə uğrayıb asılan qadın» hadisəsi bu dəfə qonşu Pakistanda baş verib. 20 yaşlı Muzammil Bibi adlı qız təcavüzə məruz qalandan sonra ağacda asılmış vəziyyətdə tapılıb.

Pəncab əyalətinin Layyah bölgəsində dəhşətli hadisəni törədənlər həbs olundu. Onlar günahlarını etiraf edib.

Bundan 3 həftə əvvəl Hindistanda 14 və 15 yaşlarında iki qız təcavüzə uğrayandan sonra ağacda asılmış vəziyyətdə tapılmışdı.

İyun ayının əvvəllərində yenə Hindistanda 19 yaşlı qız yoxa çıxmışdı. Onun da aqibəti əvvəlki qurbanlar kimi olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG