Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 00:56

Lukashenka Azərbaycanı Belarusa pul qoymağa çağırır


Alyaksandr Lukashenka
-
«Azərbaycan Belarus üçün prioritet ölkələrdən biridir».

Bunu iyunun 20-də Belarus prezidenti Alyaksandr Lukashenka Azərbaycanın baş naziri Artur Rasizadəni qəbul edərkən bildirib.

Lukashenka deyib ki, Azərbaycan Belarus üçün yaxın ölkələrdən biri sayılır. İki dövlətin liderləri arasında ənənəvi xoş münasibətlər var.

«Sizə ixrac etməyəcəyimiz və ya sizin bizdə sata bilməyəcəyiniz mallar nomenklaturası mövcud deyil... Sizdən xahiş etmək istəyirəm ki, sizə çox yaxın bir ölkənin – Belarusun olduğunu və buraya investisiyalarla gələ biləcəyinizi unutmayasınız. Biz həmişə sizi dəstəkləyəcəyik. Biz çətin dövrdə Azərbaycanın bizə arxa olduğunu yaxşı xatırlayırıq» - deyə Lukashenka bildirib.

Xəbəri Belarus prezidentinin saytı yayıb.
XS
SM
MD
LG