Keçid linkləri

2017, 25 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:38
Ukraynanın müdafiə naziri vəzifəsini icra edən Mykhaylo Koval parlamentdə deyib ki, Ukrayna ordusu Donbass münaqişə regionunu tamamilə mühasirəyə alarq Rusiya ilə sərhədd zolağına nəzarəti tam bərpa edib. Qərargah rəisinə istinad edən Koval bildirib ki, məqsədin əldə olunmasında ordu ilə birlikdə Dövlət sərhəd xidməti və Milli qvardiya da iştirak edib.

Ukrayna prezidenti Petro Poroshenko hakimiyyətə gələn kimi silahlı qüvvələrin ilkin vəzifəsi kimi Rusiya ilə sərhəddə nəzarətin bərpa olunması olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, Rusiyameylli separatçıların tərksilah edilməsi üçün, Rusiya ərazisindən onlara gedən silah, sursat və canlı qüvvə təhcizatının qarşısı alınmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG